Azay Quliyev seçicilərlə görüş keçirdi - FOTO
Cəmiyyət
168
17:50, Bu gün

Azay Quliyev seçicilərlə görüş keçirdi - FOTO

Bu gün Milli Məclisin deputatı Azay Quliyev 8-ci mikrorayon, Azadlıq prospekti 184 ünvanında yerləşən ofisində vətəndaşların növbəti qəbulunu keçirib.

Moderator.az xəbər verir ki, qəbul zamanı seçicilər müxtəlif sosial və məişət xarakterli məsələlərlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar. Vətəndaşların qaldırdığı məsələlər diqqətlə dinlənilib, hər bir müraciət üzrə müvafiq qeydlər aparılıb.

Deputat bütün müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını, aidiyyəti qurumlara müvafiq müraciətlərin ünvanlanacağını və problemlərin həlli istiqamətində zəruri addımların atılacağını bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər