Naxçıvanda yeddi minə yaxın abonent qazsız qalıb
Cəmiyyət
253
13:28, Bu gün

Naxçıvanda yeddi minə yaxın abonent qazsız qalıb

Naxçıvan şəhəri, Əziz Əliyev prospektində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq 6 437 əhali və 300 qeyri-əhali abonentin müvəqqəti olaraq qaz təchizatı dayandırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
 
Bildirilib ki, təmir-bərpa işləri zamanı 10-cu küçə, Çənlibel məhəlləsi, 9-cu, 11-ci, 12-ci, 20-ci, 35-ci, 36-cı, 48-ci və 49-cu məhəllələr, Məmməd Araz küçəsi, Xətai məhəlləsi, Əziz Əliyev küçəsi, Şahtaxtinski küçəsi, Ümid gənclər şəhərciyi, Sabir küçəsi, Qoçüstü məhəlləsi, "Cahan" ticarət mərkəzində qaz təchizatında məhdudiyyət olacaq.
 
Qaz təchizatının 12:30-da bərpa edilməsi planlaşdırılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər