“Başqasını sevindir ki, özün də xoşbəxt olasan...”- SÜBH TÖVSİYƏLƏRİ
Cəmiyyət
436
06:44, Bu gün

“Başqasını sevindir ki, özün də xoşbəxt olasan...”- SÜBH TÖVSİYƏLƏRİ

 “Bəşəriyyət ancaq bir-birinin dərdinə şərik olduqca ucalır. Biz paylaşdıqca əksilmirik, əksinə çoxalırıq...”
 
“Cəmiyyətdə intiharların, ümidsizliyin artdığı bir dövrdə bir insanın həyat eşqini bərpa etmək, ona saleh bir əməllə toxunmaq fərz namazlarından sonra ən sevimli ibadətlərdən sayıla bilər...”
 
“Bu elmi fakt Peyğəmbərimizin (s.a.s) əsrlər əvvəl qoyduğu ictimai nizamın canlı sübutudur. İnsan paylaşdıqca bioloji olaraq da sağalır!..”
 
Moderator.az bir sıra oxucuların mövzuya marağını nəzərə alaraq “Mənəviyyata açılan pəncərə” nəşrində dərc olunmuş “Başqasını sevindirməyin möcüzəsi...-İslamda paylaşmağın və saleh əməlin fəlsəfəsi...” başlıqlı ibrətamiz materialı təqdim edir:
 
Xoşbəxtliyin gizli düsturu...
 
Həyatda hər kəs xoşbəxtliyin axtarışındadır. Kimi onu var-dövlətdə, kimi şan-şöhrətdə, kimi də yalnız özünə qapanmaqda axtarır. Lakin bəşəriyyətin həm mənəvi, həm də psixoloji təcrübəsi tək bir həqiqəti pıçıldayır: “Başqasını sevindir ki, özün də xoşbəxt olasan.” İslam dini sadəcə fərdi ibadətlərdən (namaz, oruc kimi) ibarət deyildir. Digər ibadətlər fərdin daxili dünyasını tənzimlədiyi halda; infaq, sədəqə və zəkat birbaşa başqası üçün edilən gözəllikdir, cəmiyyəti ayaqda tutan görünməz tellərdir. Bu, “mən” mərkəzli dünyadan “biz” mərkəzli dünyaya keçidin ən gözəl yoludur.
 
Quranın təsvir etdiyi mömin modeli: Qəlbi titrəyərək vermək...
 
Uca Allah Qurani-Kərimdə həqiqi möminlərin portretini cızarkən onların paylaşma və xeyirxahlıq duyğularını xüsusi vurğulayır. “Muminun” surəsinin 57-61-ci ayələrində buyurulur:
 
إِنَّ الَّذِينَ هُمْ مِنْ خَشْيَةِ رَبِّهِمْ مُشْفِقُونَ وَالَّذِينَ هُمْ بِآَيَاتِ رَبِّهِمْ يُؤْمِنُونَ وَالَّذِينَ هُمْ بِرَبِّهِمْ لَا يُشْرِكُونَ وَالَّذِينَ يُؤْتُونَ مَا آَتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَى رَبِّهِمْ رَاجِعُونَ أُولَئِكَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَهُمْ لَهَا سَابِقُونَ
 
“Onların qəlbi Rəbbinin qorxusundan titrəyər. Rəbbinin ayələrinə iman gətirər. Rəbbinə şərik qoşmazlar. Verməli olduqlarını (sədəqəni, zəkatı) Rəbbinə dönəcəkləri üçün qəlbləri titrəyərək verərlər. Məhz bunlar yaxşı işlər görməyə tələsər və bunun üçün yarışarlar.”
 
Bu ayələrdə çox incə bir məqam var: Onlar verirlər, amma təkəbbürlə deyil, qəlbləri titrəyərək, “görəsən Allah qəbul etdimi?”, “görəsən qarşıdakı insanın qəlbinə toxunmadımmı?” həyəcanı ilə verirlər. İslamda vermək bir lütf deyil, bir məsuliyyətdir...
 
Təbəssüm və motivasiya: Ruhun sədəqəsi
 
Sədəqə dedikdə ağlımıza yalnız maddi yardımlar gəlməməlidir. Peyğəmbərimiz (s.a.s) buyurur: “Din qardaşının üzünə təbəssüm etməyin də bir sədəqədir.” Bəzən insanların elə anları olur ki, ruh düşkünlüyü yaşayır, çarəsizlik içində qıvrılır, depressiyadan əziyyət çəkir. Belə bir insana:
 
Maddi yardım etmək, əlbəttə, gözəldir, amma bəzən bir xoş söz, bir motivasiya, onun dərdini dinləmək dünyalara bərabərdir.
Ona ümid vermək, əlindən tutub “mən sənin yanındayam” mesajını ötürmək mənəvi sədəqənin ən uca zirvəsidir…
 
Cəmiyyətdə intiharların, ümidsizliyin artdığı bir dövrdə bir insanın həyat eşqini bərpa etmək, ona saleh bir əməllə toxunmaq fərz namazlarından sonra ən sevimli ibadətlərdən sayıla bilər.
 
“Qonşusu ac ikən tox yatan bizdən deyildir…”
 
İslamın ictimai həmrəylik düsturu bu qısa və konkret hədisdə gizlənib. Peyğəmbərimiz (s.a.s) buyurur: “Qonşusu ac ikən tox yatan bizdən deyildir.” Buradakı “aclıq” təkcə mədənin aclığı deyil…
 
Qonşun mənəvi baxımdan acdırsa, sevgiyə, diqqətə möhtacdırsa, sən isə hər şeyin tam olduğu halda ona biganə qalırsansa, İslamın qardaşlıq və insanlıq haləsindən kənarda qalırsan deməkdir…
 
Bəşəriyyət ancaq bir-birinin dərdinə şərik olduqca ucalır. Biz paylaşdıqca əksilmirik, əksinə çoxalırıq…
 
Elmi bir möcüzə: ABŞ-dakı “Rozeto” qəsəbəsinin hekayəsi…
 
Xoşbəxtliyin və sağlamlığın zənginlikdə deyil, paylaşmaqda və birlikdə olduğunu sübut edən real bir hadisəni xatırladaq: 
 
ABŞ-ın Pensilvaniya ştatında Rozeto (Roseto) adlı kiçik bir qəsəbə var idi. 1950-60-cı illərdə həkimlər bu qəsəbədə qəribə bir fenomen kəşf etdilər. Ətrafdakı digər şəhərlərdə infarkt və stressdən ölümlər çox yüksək olduğu halda, Rozetoda ürək xəstəliklərindən ölüm, demək olar ki, sıfıra bərabər idi. 65 yaşın altında, demək olar ki, heç kim xroniki xəstəliyə tutulmamışdı… Halbuki bu insanlar ağır işlərdə işləyir, siqaret çəkir və yağlı yeməklər yeyirdilər. Dietoloqlar və həkimlər şoka düşmüşdülər…
 
Araşdırmalar nəticəsində bəlli oldu ki, bu insanların sağlamlıq sirri onların bir-birinə olan bağlılığı, hər şeyi paylaşması və cəmiyyət daxilindəki güclü həmrəylikdədir. Onlar kədəri də, sevinci də birlikdə bölüşürdülər. Heç kim özünü tənha hiss etmirdi. Onlar dini dəyərlərinə bağlı yaşayırdılar…
Bu elmi fakt Peyğəmbərimizin (s.a.s) əsrlər əvvəl qoyduğu ictimai nizamın canlı sübutudur. İnsan paylaşdıqca bioloji olaraq da sağalır!..
 
Quranda “saleh əməl” anlayışı və sözün kökü…
 
(Davamı var)
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər