İcra başçısı özünü arıqlatdı - FOTOLAR
Cəmiyyət
286
17:37, Bu gün

İcra başçısı özünü arıqlatdı - FOTOLAR

Köklükdən əziyyət çəkən icra başçısı özünü xeyli arıqladıb.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun son halı görənləri təəcübləndirib.

O, hələ gənc yaşlarından kök bədən quruluşuna sahib olub. Son fotolarından məlum olur ki, 55 yaşlı icra başçısını əvvəlki formasından əsər-əlamət qalmayıb. X.Aslanov xeyli arıqlayıb.

Qeyd edək ki, Aslanov Xəzər Qəşəm oğlu 6 iyun 1970-ci ildə Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1987-ci ildə Xırdalan Südçülük sovxozunda fəhlə kimi başlayıb və 1988-ci il tarixə kimi həmin müəssisədə çalışıb. 1988-ci ildə Bakı şəhər Məhkəməsində katib işləyib, 1988-1990-cı illərdə həqiqi hərbi xidmətdə olub.

2012-ci ilin aprelindən Xızı Rayon İcra Hakimiyyətinin başçısıdır.

Bəzi məlumatlara görə, X.Aslanovun ali təhsili yoxdur.

Onun Xızı Rayon İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilən tərcümeyi-halında da ali təhsili barədə heç bir qeyd yoxdur./Yeni Sabah

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər