Mədəniyyət Nazirliyinin aparatının yenilənmiş strukturunda təkmilləşdirilmə aparılıb, şöbə və bölmələrin fəaliyyəti optimallaşdırılıb.
Moderator.az xəbər verir ki, yeni strukturda 13 şöbə, dörd sektor formalaşdırılıb.
Qeyd olunub ki, "Azərbaycan Mədəniyyəti - 2040" konsepsiyası əsasında optimallaşdırmadan sonra "Strateji inkişaf və kommunikasiya", "Tədbirlər və incəsənət layihələrinin idarə edilməsi" adlı iki yeni şöbə və "Maliyyə monitorinqi və auditi" adlı yeni sektor yaradılıb.
Ümumilikdə aparatda İncəsənət siyasəti, Tədbirlər və incəsənət layihələrinin idarə edilməsi, Azərbaycan dili və ədəbiyyat siyasəti, Beynəlxalq əməkdaşlıq, Yaradıcı sənayelər və rəqəmsal inkişaf, Strateji inkişaf və kommunikasiya, Regional əlaqələndirmə, İnsan kapitalının idarə edilməsi, İqtisadiyyat və maliyyə, Hüquq, Daxili nəzarət, Sənəd və vətəndaşlarla iş, Təchizat və əmlak şöbələri formalaşdırılıb.
Həmçinin Mədəniyyət Nazirliyinin Aparatında Kino sənayesi, Maliyyə monitorinqi və auditi, Elm və təhsil, Media ilə iş və Protokol xidməti sektorları da var.
Xatırladaq ki, "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında nəzərdə tutulmuş hədəflərə nail olunması və konsepsiya üzrə tapşırıqların icrasının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi həyata keçirilir.
İdarəetmədə səmərəliliyin artırılması, mədəniyyət sahələrində idarəetmənin tənzimlənməsi məqsədilə ilk mərhələdə Mədəniyyət Nazirliyinin aparatında struktur təkmilləşdirilməsi həyata keçirilib, şöbə və bölmələrin fəaliyyəti optimallaşdırılıb.