Dünənki buraxılış imtahanında suallarda səhv olub? - RƏSMİ CAVAB
Cəmiyyət
577
15:45, Bu gün

Dünənki buraxılış imtahanında suallarda səhv olub? - RƏSMİ CAVAB

Ötən gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirildi. Lakin imtahandan sonra abituriyentlər və müəllimlər tərəfindən riyaziyyat fənnində trapesiya mövzusunda bir neçə sualda səhvin olduğu, bu səbəbdən də düzgün cavab variantı seçilə bilməməsi ilə bağlı şikayətlər səsləndirildi. 
 
Bəs görəsən, suallarda həqiqətən də səhvlər olubmu?
 
Moderator.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, suallarda heç bir səhv olmayıb:
 
"Ümumi təhsil səviyyəsi üzrə 5 aprel 2026-cı il tarixində keçirilən buraxılış imtahanında trapesiya mövzusuna aid təqdim olunan tapşırığın əsas məqsədi şagirdlərin iti bucağın tənböləni nəticəsində yaranan daxili çarpaz bucaqların bərabərliyini müəyyən etməsi və bu əsasda yaranan üçbucaqların oxşarlığından istifadə edərək tərəflər arasında nisbətləri tapmaq bacarığını yoxlamaqdır.
 
Tapşırıqda verilmiş ədədlər hər hansı bir üçbucağın tərəfləri kimi deyil, oxşarlıq nisbətlərinin qurulması üçün istifadə edilir. Bu ədədlərin seçilməsi həndəsi fiqurun mövcud olmasına deyil, ilk növbədə hesablamaların sadə və əlçatan aparılmasına xidmət edir. Başqa sözlə, bu tapşırıqda yoxlanılan bacarıq konkret bir üçbucağın mövcudluğunu üçbucaq bərabərsizliyi ilə təhlil etmək deyil, verilmiş həndəsi münasibətlərdən düzgün nəticə çıxarmaqdır. Buna görə də üçbucaq bərabərsizliyi ilə bağlı yanaşma tapşırığın həll prosesini və ardıcıllığını dəyişmir, eyni zamanda düzgün cavabın əldə olunmasına da heç bir maneə yaratmır.
 
Bildiririk ki, bu tip açıq tapşırıqlar xüsusi qiymətləndirmə meyarları əsasında yoxlanılır və yalnız tam doğru cavabı müəyyən edən şagirdlər deyil, həmçinin həll prosesində düzgün aralıq nəticələr əldə edən və ya həll mərhələlərindən birini doğru yerinə yetirən şagirdlər də qiymətləndirmədə nəzərə alınır". 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər