Sumqayıtda zəhərlənən uşaqlardan üçünün vəziyyəti ağırdır
Cəmiyyət
219
13:49, Bu gün

Sumqayıtda zəhərlənən uşaqlardan üçünün vəziyyəti ağırdır

Sumqayıtda dəm qazından zəhərlənən beş uşağın hazırki vəziyyəti açıqlanıb.
 
Moderator.az bildirir ki, Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən “Unikal”a verilən məlumata əsasən, dörd uşağın müalicəsi Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında davam etdirilir.
 
“Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.
 
Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə (qadın cinsli) isə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir”, – məlumatda bildirilib.
 
Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər