ADY-dən qatarların hərəkəti ilə bağlı açıqlama
Cəmiyyət
252
09:15, Bu gün

ADY-dən qatarların hərəkəti ilə bağlı açıqlama

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.
 
ADY-dən Moderator.az-a verilən məlumata görə, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, bütün infrastruktur obyektlərinə fasiləsiz nəzarət edilir.
 
"Təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən bəzi istiqamətlər üzrə qatarların qrafikində qismən kənara çıxma halları ola bilər. Aramsız külək və yağışın qatarların görünmə məsafəsini və səsinin eşidilməsini məhdudlaşdıra biləcəyini nəzərə alaraq sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik, - deyə bildirilib.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər