01:03
11°C
Bakı
Yolun aşınması nəticəsində yaranan böyük çuxurlar avtomobillərin hərəkətini çətinləşdirir…
Moderator.az xəbər verir ki, görüntülər paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazidəndir.
Sürücülər deyirlər ki, onsuz da problemli olan yol intensiv yağışlardan sonra daha da keçilməz olub. Yolda avtomobillər çuxurlara düşür, qəzalı vəziyyət yaranır.
Sürücülərin sözlərinə görə, sözügedən yol bir neçə dəfə təmir olunsa da, sonra yenidən eyni vəziyyət yaranır.
Məsələ ilə bağlı Binəqədi rayon İcra hakimiyyətindən bildirildi ki, yolun vəziyyəti ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Ərazidə yaxın zamanda əsaslı təmir-bərpa işləri aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.