FHN dağ çaylarından sel keçməsi ilə bağlı əhaliyə müraciət edib
Cəmiyyət
190
20:37, Bu gün

FHN dağ çaylarından sel keçməsi ilə bağlı əhaliyə müraciət edib

Hazırda ölkədə davam edən yağmurlu hava şəraiti ilə əlaqədar bəzi dağ çaylarında sel hadisəsi müşahidə olunur və belə hava şəraitinin bir sıra rayonlarda aprelin 7-nə kimi davam edəcəyi proqnozlaşdırılır.

Moderator.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Belə ki, sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər