Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapıb
Cəmiyyət
988
18:04, Bu gün

Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapıb

Alman səyyah əcdadları tərəfindən Azərbaycanda inşa edilmiş şəhəri aşkarlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Alman səyyah əcdadlarının 200 ildən çox əvvəl Azərbaycanda əsasını qoyduğu şəhəri özü üçün kəşf edib. Və ora hələ də mövcuddur. Hələ də yaşayır. Hələ də inkişaf edir", - deyə o, paylaşımında yazıb.

Qeyd edək ki, söhbət Göygöl (keçmiş Helenendorf) şəhərindən gedir. Belə ki, bu şəhəri 1819-cu ildə Almaniyanın Vyutenburq knyazlığından köçən kolonistlər inşa ediblər.

 

(oxu.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər