Toğanalı-Kəlbəcər-İstisu yolunda qar uçqunu: Hərəkət məhdudlaşdırıldı
Cəmiyyət
509
16:55, Bu gün

Toğanalı-Kəlbəcər-İstisu yolunda qar uçqunu: Hərəkət məhdudlaşdırıldı

Bu gün günorta saatlarında Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun Murovdağ ərazisindən keçən hissəsində qar uçqunu qeydə alınıb.

Moderator.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat yayıb.

Bildirilib ki, nəticədə yolun hərəkət hissəsi 10-15 metr hündürlükdə qar kütləsi ilə örtülüb. Hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Bütün aidiyyəti qurumlar baş vermiş hadisə ilə bağlı məlumatlandırılıb. Təhlükəsizlik baxımından Toğanalı və Kəlbəcər istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Sözügedən istiqamətdə hərəkət edən sürücülərdən xahiş olunur ki, müvəqqəti olaraq Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolundan istifadə etsinlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər