Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu barədə Moderator.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Qeyd olunub ki, hazırda Bakı şəhəri və Abşeron yarmadasının ərazilərinə toplanan yağış suları kənarlaşdırılır.
Belə ki, Qaradağ rayon Sukanal İdarəsi Puta gölünün leysan yağışlar zaman səviyəsinin qalxmasının öncədən qarşısını almaq məqsədilə diametri 1000 mm olan 20 paqon metr uzunluqda əlavə suötürücü dəmir - beton boru quraşdırıb.
Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqat quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb.
Bakı-Ələt-Qazax magistral yolunun 16-cı kilometrliyində isə yığılan yağış suları xüsusi nasoslar vasitəsilə ərazidən təmizlənib.