Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib
Cəmiyyət
1324
05 Apr 2026 | 13:27

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirib.

Mərkəzdən Moderator.az-a verilən məlumata görə, imtahanın keçirilməsi üçün 5 bina ayrılıb. İmtahanın idarə olunmasına 14 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 120 nəzarətçi və 17 buraxılış rejimi əməkdaşı cəlb edilib.

Aprelin 6-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər