Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Cəmiyyət
351
04 Apr 2026 | 21:22

Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA

Saat 20:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır.

Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Ordubad, Şahbuz, Şərur, Naxçıvan, Sədərək, Gədəbəy, Göygöl, Tovuz, Ağstafa, Naftalan, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Xaçmaz, Quba, Qusar, Şəki, Oğuz, İsmayıllı, Xaltan, Şabran, Göyçay, Mingəçevir, Zərdab, Sabirabad, Xankəndi, Xocalı, Qubadlı, Şuşada yağış, Kəlbəcər, Xınalıq, Şağdağ, Qrız, Daşkəsən, Sarıbaş (Qax), Laçında isə qar yağır.

Yardımlıda saat 17 radələrində diametri 1.3 mm olan dolu düşüb.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Daşkəsəndə 20, Göyçay, Lerik, Tərtər, Zərdabda 18, Ağsuda 16 m/s-dək güclənir.

Aprelin 4-ü saat 13:00-a olan faktiki hava açıqlanıb.

Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Şahbuz, Ordubad, Ağstafa, Kürdəmir, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Gəncə, Sədərək, Şərur, Naftalan, Goranboy, Ağdam, Mingəçevir, Sabirabad, İmişli, Quba, Qusar, İsmayıllı, Bərdə, Daşkəsən, Şəmkir, Göyçay, Şəki, Zaqatala, Balakən, Yevlax, Qəbələ, Oğuz, Ağsu, Xızı, Xaltan, Tərtərdə yağış, Xınalıq və Şahdağda isə qar yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Mingəçevir, Goranboyda 23, Naftalanda 22, Bakıda və Abşeron yarımadasında, o cümlədən Tovuz, Ağdam, Kəlbəcər, Culfada 18, Sabirabad, Cəlilabad, Qobustanda 16, Şəkidə 15 m/s-dək güclənir.

Link kopyalandı!
Son xəbərlər