Yeni sədr keçmiş kadrını AAYDA-ya gətirdi -  Bu vəzifəyə təyin etdi
Cəmiyyət
1147
04 Apr 2026 | 16:20

Yeni sədr keçmiş kadrını AAYDA-ya gətirdi -  Bu vəzifəyə təyin etdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.
 
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.
 
Əmrə əsasən, Məmmədəliyev Mahmud Məmməd oğlu AAYDA-nın idarə heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. O, bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri olub.
 
Müşavir təyin edilən M.Məmmədəliyev AAYDA sədri Vüsal Nəsirlinin yaxın kadrı kimi tanınır.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, Mahmud Məmmədəliyev Vüsal Nəsirlinin məhz əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olduğu vaxtda, 2019-cu ildə ƏƏSMN-də şöbə müdiri vəzifəsinə təyin edilmişdi.
 
Link kopyalandı!
Son xəbərlər