Bu marşrut avtobuslarının işində ləngimələr yarana bilər
Cəmiyyət
299
03 Apr 2026 | 23:00

Bu marşrut avtobuslarının işində ləngimələr yarana bilər

Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

"Şəhər şosesində (Zabrat-Maştağa yolu) aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar 40, 55, 54, 105, 107, 107A,131, 139, 148, 163, 166, 172, 185, 186, 189, 197, 198, 216, 217, 118A, 118B, 173A, 173B, M8 nömrəli marşrutların hərəkətində ləngimələr yarana bilər. Sərnişinlərdən səfərlərini planlayan zaman bunu nəzərə almaları xahiş olunur", - məlumatda qeyd edilib.

Link kopyalandı!
Son xəbərlər