İlyas Hüseynov yüksək vəzifəyə təyin EDİLDİ
Cəmiyyət
331
13:05, Bu gün

İlyas Hüseynov yüksək vəzifəyə təyin EDİLDİ

Türk Dünyası Araşdırmalar Mərkəzinə rəhbər təyinatı olub.
 
Moderator.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının əmri ilə politoloq İlyas Hüseynov Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri vəzifəsinə təyin edilib.
 
İlyas Hüseynov Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində bakalavr, Bakı Avrasiya Universitetində Regionşünaslıq və iqtisadiyyat fakültəsinin regionşünaslıq ixtisası üzrə magistr təhsili alıb və bu ixtisası fərqlənmə diplomu ilə bitirib. O, Bakı Slavyan Universitetində beynəlxalq münasibətlər istiqaməti üzrə doktorantura təhsili alıb və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Beynəlxalq münasibətlər” ixtisası üzrə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Əmək fəaliyyəti dövründə Sabunçu Rayon İcra Hakimiyyətində, Bakı Avrasiya Universitetində və Sosial Tədqiqatlar Mərkəzində müxtəlif vəzifələrdə çalışıb. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olan İlyas Hüseynov Qərbi Kaspi Universiteti və Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib. O, yerli və beynəlxalq jurnallarda dərc olunmuş 50-dən çox elmi məqalə və tezisin müəllifidir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər