Bizi sosial şəbəkələrdən izləyin:
Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Moderator.az xəbər verir ki, bu gün Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) 35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 35 kV-luq "Göytəpə" hava xəttində təmir işləri aparılacaq.
Bununla bağlı saat 11:00-dan 13:00-dək Göytəpə şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq