21:44
13°C
Bakı
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində ən çox müraciət edilən ölkələr arasında Macarıstan və Çin ilk sıralarda qərarlaşıb.
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, namizədlər HTP çərçivəsində, həmçinin Qazaxıstan, Rumıniya, Rusiya (MGİMO Universiteti), Türkiyə, Latviya, Qırğızıstan və Özbəkistanda (bu ildən etibarən) təhsil ala bilərlər.