19:43
14°C
Bakı
Ötən ilin fevral ayında vəzifəyə təyin edilən Dövlət Turizm Agentliyinin Quba Regional Turizm İdarəsinin rəisi Samir Cabbarov işdən çıxarılıb.
Moderator.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, agentliyin sədri Fuad Nağıyevin müvafiq əmri ilə Samir Cabbarov hotellərin birinə rəhbər vəzifəsinə təyinat alması ilə əlaqədar vəzifəsindən azad edilib.
Onun yerinə rəis əvəzi Rəfail Musa oğlu İskəndərov gətirilib. Rəfail İskəndərov bundan əvvəl Quba Regional Turizm İdarəsinin aparıcı məsləhətçisi vəzifəsinə çalışıb.
Fotoda Rəfail İskəndərov
