16:03
17°C
Bakı
Dövlət Turizm Agentliyi Azərbaycanda dörd hotelin ulduz kateqoriyasını ləğv edib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, ləğv qərarı üçulduzlu hotellərə şamil olunub.
Beləliklə, ölkədə ulduz kateqoriyalı hotellərin sayı 283-dən 279-a düşüb.
Ulduz kateqoriyası ləğv olunmuş hotellərdən ikisi Bakıda, ikisi isə regionda yerləşir.
Hazırda Azərbaycanda 23 hotel beşulduzlu, 43 hotel dördulduzlu, 97 hotel üçulduzlu, 84 hotel ikiulduzlu, 32 hotel isə birulduzludur.
Təkcə Bakıda yerləşən ulduzlu hotellərin sayı 206-dır ki, bu da ölkə üzrə mövcud ulduz kateqoriyalı hotellərin təxminən 74%-ni təşkil edir.