Volqoqradda güclü yağış və dolu şəhəri iflic edib
Cəmiyyət
192
19:40, Bu gün

Volqoqradda güclü yağış və dolu şəhəri iflic edib

Rusiyanın Volqoqrad şəhərində güclü yağış və dolu nəticəsində küçələr su altında qalıb.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, yağan leysan nəticəsində şəhərin küçələrində hərəkət iflic olub, avtomobillər suyun altında qalıb.

Şəhərdə tıxacların səviyyəsinin yüksək həddə çatdığı bildirilir. Bəzi yaşayış binalarının həyətlərində piyadaların hərəkəti mümkünsüz olub.

Hidrometeorologiya xidməti xəbərdarlıq edib ki, əlverişsiz hava şəraiti Volqoqrad vilayətində iş həftəsinin sonuna qədər davam edəcək. Aprelin 2-si gecə yarısına qədər leysan və dolu, aprelin 3-ü axşama qədər isə saniyədə 20 metrə çatan güclü külək gözlənilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər