Rezidenturaya hazırlaşan namizədlər üçün sınaq imtahanı keçiriləcək
Cəmiyyət
198
15:59, Bu gün

Rezidenturaya hazırlaşan namizədlər üçün sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndiriliməsi) üzrə sınaq imtahanı keçirəcək.
 
DİM-dən Moderator.az-a bildirilib ki, sınaq imtahanı vermək istəyənlər 1 aprel saat 15:00-dan 9 aprel saat 12:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.
 
Sınaq imtahanı aprelin 19-da Bakıda DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) və Naxçıvan şəhərində (Naxçıvan şəhəri, 4 saylı orta məktəb (3-cü mərtəbə) elektron formada keçiriləcək və saat 16:00-da başlanacaq.
 
Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
 
Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 40 (qırx) AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər