Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
Cəmiyyət
182
12:50, Bu gün

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil 103 xarici vətəndaşı ölkədən deportasiya edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan DİN sosial şəbəkə hesabında məlumat yayıb.
 
Məlumata görə, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Türkiyə, Hindistan, Misir, Rusiya, Türkmənistan, Banqladeş, Pakistan, Özbəkistan, Çin, Azərbaycan, Nigeriya, Bolqarıstan, Qazaxıstan, Tacikistan, Qana, Konqo, Tailand və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.
 
Xəbərdə bildirilir ki, cari ilin birinci rübündə Gürcüstandan 904 əcnəbi vətəndaş deportasiya edilib.
 
Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər