Bayram günləri 50 minə yaxın insan həkimə düşdü
Cəmiyyət
236
12:10, Bu gün

Bayram günləri 50 minə yaxın insan həkimə düşdü

20-30 mart tarixlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə bu tarixlərdə 22 922 çağırış daxil olub.
 
Moderator.az-a TƏBİB-dən bildirilib ki, çağırışlardan 2 107 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
 
59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 24 129 çağırış daxil olub. 2 059 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
 
Bakı şəhəri üzrə ən çox müraciət 21.03.2026-cı il tarixində qeydə alınıb.
 
Belə ki, müraciət sayı 2 255, hospitalizasiya olunanların sayı 243 nəfər təşkil edib.
 
Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji, respirator və digər xəstəliklərlə bağlı olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər