Bakının bu rayonlarında qaz olmayacaq
Cəmiyyət
266
09:20, Bu gün

Bakının bu rayonlarında qaz olmayacaq

Bakının Xəzər və Qaradağ rayonlarında təbii qazın verilişində fasilə yaranacaq.
 
Moderator.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
 
Bildirilib ki, paytaxtın Xəzər rayonunda aparılacaq təmir-quraşdırma işləri, Qaradağ rayonunda isə aşkar olunmuş qaz sızması aradan qaldırılacaq.
 
Bu məqsədlə aprelin 1-də saat 10:00-dan etibarən Sahil, Qala və Buzovna qəsəbələrinin bəzi hissələrinin, həmçinin Stansiya Qala yaşayış ərazisinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər