Kommersiya qurumları haqqında məlumatların təqdim edilməsi qaydası yeniləndi
Cəmiyyət
257
15:58, Bu gün

Kommersiya qurumları haqqında məlumatların təqdim edilməsi qaydası yeniləndi

Azərbaycan Respublikasının Nazirlər Kabineti kommersiya hüquqi şəxslərlə bağlı məlumatların təqdim edilməsi qaydalarında dəyişiklik edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Qərara əsasən, “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların öhdəlik daşıyan şəxslərə verilməsi Qaydası”nda bir sıra dəyişikliklər edilib.
 
Dəyişikliklərə əsasən, sənəddə istifadə olunan “benefisiar mülkiyyətçi” anlayışı daha geniş formada ifadə olunaraq “kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri” anlayışı ilə əvəz edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər