Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Respublikasının Nazirlər Kabineti hüquqi şəxslərin dövlət reyestri ilə bağlı qaydalarda dəyişiklik edib.
Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”na yeni müddəa əlavə olunub. Dəyişikliyə görə, xarici media subyektlərinin filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması barədə 3 iş günü müddətində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə məlumat verilməsi tələb olunur.
Sənəd Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə əsasən, həmçinin 2025-ci il 14 iyul tarixli qanun dəyişikliklərinin qüvvəyə minməsi ilə əlaqədar qəbul edilib.