Bizi sosial şəbəkələrdən izləyin:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ağcabədi rayonunun Avşar kəndində qohum evliliyi ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə Moderator.az-a komitədən məlumat verilib.
Məlumatda bildirilib ki, hazırda məsələ nəzarətə götürülüb və araşdırmalara başlanılıb.
Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
14:24
Azərbaycanda qohum evliliyi hadisəsi baş verib.
Moderator.az "Unikal"a istinadən xəbər verir ki, Ağcabədi rayonu Avşar kəndində iki bacının övladları (xalaoğlu - xalaqızı) evlənib.
Vəfa və Səadət adlı bacıların övladlarının toy mərasimi mart ayının 27-də olub.
Məlumata görə, evlənən cütlük Ağcabədi rayonu, Avşar bələdiyyəsinin sədri Vaqif Kazımovun bacısı uşaqlarıdır.
Bələdiyyə sədri cütlüyün yaxın qohum olduqlarını gizlətməyə çalışaraq, valideynlərinin xalaqızı-xalaoğlu olduğunu iddia edib:
"Xəstə uşaqdır. Hazırda danışa bilmirəm, yasım var. Özləri ilə danışın".