16:48
14°C
Bakı
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 19-30 mart tarixlərində 212 min 574 sərnişin daşıyıb.
Bu barədə Moderator.az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, bu müddət ərzində 179 min 570 sərnişin Abşeron dairəvi, 33 min 004 sərnişin isə rayonlararası marşrutlar üzrə daşınıb.
Rayonlararası sərnişindaşımada Bakı-Qazax-Bakı (o cümlədən Bakı-Ağstafa-Bakı əlavə reysləri) marşrutu üzrə 21 min 963 nəfər daşınıb.
Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı qatarlarından ümumilikdə 8 min 984 sərnişin istifadə edib.
Eyni zamanda, Bakı-Ağdam-Bakı marşrutunda isə bu göstərici 1 min 561 nəfər olub.