Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi
Cəmiyyət
192
14:24, Bu gün

Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi

Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq və kadr məsələləri sektorunun müdiri Gülnar İlyasova vəzifəsindən azad olunub.
 
Moderator.az bildirir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Siyəzənin icra başçısı Novruz Novruzov müvafiq əmr imzalayıb.
 
Amma Gülnar İlyasova işsiz qalmayıb. Məlumata görə, o, Nizami Rayon İcra Hakimiyyətində (RİH) işə başlayıb.
 
Gülnar İlyasova Nizaminin icra başçısı Coşqun Cəbrayılovun imzaladığı əmrlə Hüquq və kadr məsələləri sektorunun müdiri vəzifəsinə təyin olunub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər