Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq
Cəmiyyət
273
14:12, Bu gün

Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq

Azərbaycanda "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də dəyişiklik olacaq.
 
Moderator.az xəbər verir ki, Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi barədə" 3 mart 2026-cı il tarixli qanunun tətbiq barədə sərəncam imzalayıb.
 
Sərəncama əsasən, Nazirlər Kabineti qanunun 15.5-ci maddəsinə uyğun olaraq, qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinə dair tələblərin müəyyənləşdirilməsi məqsədilə 3 ay müddətində "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də müvafiq dəyişiklik edib ölkə Prezidentinə məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər