Bizi sosial şəbəkələrdən izləyin:
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb.
Moderator.az xəbər verir ki, Qayıdış Proqramına uyğun olaraq bu mərhələdə köç karvanında Xocavənd şəhərinə 64 ailə olmaqla, ümumilikdə 253 nəfər yola salınıb.
Köçürülən ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.
Doğma yurda qayıdan sakinlər göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər. Onlar İlham Əliyev-ə və Birinci vitse-prezident Mehriban Əliyeva-ya təşəkkür ediblər.
Sakinlər, həmçinin torpaqların işğaldan azad olunmasında göstərdikləri şücaətə görə Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərə rəhmət diləyiblər.