BU ŞƏXSLƏRƏ ŞAD XƏBƏR: Pensiya yaşı 5 il azaldıla bilər — DETALLAR
Cəmiyyət
186
13:02, Bu gün

BU ŞƏXSLƏRƏ ŞAD XƏBƏR: Pensiya yaşı 5 il azaldıla bilər — DETALLAR

Azərbaycanda pensiya qanunvericiliyinə edilən son dəyişikliklər bəzi kişilər üçün daha erkən təqaüdə çıxmaq imkanı yarada bilər. Yenilənmiş qaydalara görə, əvvəllər yalnız qadınlara aid edilən güzəştli pensiya hüququ müəyyən şərtlər daxilində kişilərə də tətbiq oluna bilər. Bu isə bəzi hallarda onların pensiyaya çıxma müddətinin 5 ilə qədər azaldılmasına şərait yaradır.
 
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun PR departamentinin müdiri Rəşad Mehdili Oxu24.com-a bildirib ki,Qanunvericiliyə görə aşağıda qeyd edilən kateqoriyadan olan şəxslər daha erkən yaşda pensiya hüququ qazanırlar.
 
"Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı, 18 yaşadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il güzəşt edilməklə yaşa görə pensiya hüququ vardır.
 
Həmçinin qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla erkən pensiya hüququ vardır;
 
Əmək şəraitinin zərərli və ağır olmasına görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən sahələrdə azı 12 il 6 ay çalışmış kişilər və azı 10 il çalışmış qadınların fərdi hesabında minimum pensiya təminatına imkan verən pensiya kapitalı olduqda sığorta stajından aslı olmayaraq, bu kapitalı olmadıqda 25 il ümumi sığorta stajı olduqda yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var;
 
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var;
 
Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var;
 
Hərbi qulluqçuların və xüsusi rütbəli şəxlərin qanunvericiliklə tələb olunan xidmət müddəti olduqda və xidmətdən buraxıldıqda onların yaş həddindən asılı olmayaraq pensiya hüququ var.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər