Bu gün paytaxtın 555 küçəsi yuyulub - FOTO
Cəmiyyət
261
17:47, Bu gün

Bu gün paytaxtın 555 küçəsi yuyulub - FOTO

Bu gün Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda növbəti dəfə həyata keçirilən genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məlumat yayıb.

Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 555 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.

Paytaxtın bütün rayonlarını əhatə edən bu işlər bir qədər əvvəl yağan şiddətli yağışların fəsadlarının tam şəkildə qaldırılmasına və Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz töhfəsini verib.

Bu gün paytaxtın 555 küçəsi yuyulubBu gün paytaxtın 555 küçəsi yuyulubBu gün paytaxtın 555 küçəsi yuyulubBu gün paytaxtın 555 küçəsi yuyulub

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər