Parisdə bələdiyyə binasına hücum edildi - SEÇKİSONRASI TƏXRİBAT?
Cəmiyyət
177
18:18, Bu gün

Parisdə bələdiyyə binasına hücum edildi - SEÇKİSONRASI TƏXRİBAT?

Parisin cənub hissəsində yerləşən Fren (Fresnes) kommunasında bir qrup naməlum şəxs bələdiyyə binasına basqın edərək otaqları darmadağın edib.
 
Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
 
Xəbərə əsasən, insidentdə üzlərini maska ilə gizlədən 20-yə yaxın adam iştirak edib.
 
Basqınçılar əvvəlcə meriya binasına pirotexniki vasitələr atıb, daha sonra əsas qapını qıraraq içəri daxil olublar, mebelləri sındıraraq bir neçə otağı bərbad hala salıblar.
 
Qeyd olunur ki, otaqlardan hər hansı sənəd və ya qiymətli əşya oğurlanmayıb.
 
Təxribatçılar ərazidən uzaqlaşarkən yaxınlıqdakı sürücülük məktəbinin şüşəsini sındıraraq oradan bir skuter oğurlayıblar.
 
Media qurumlarının yaydığı məlumata görə, ölkədə bu yaxınlarda baş tutan bələdiyyə seçkiləri nəticəsində həmin kommunanın sabiq meri, solçu partiyanın təmsilçisi Mari Çavanon sağçı Respublikaçılar partiyasından olan rəqibi Kristof Karlyerə məğlub olub. Karlyerin martın 28-də təşkil olunacaq bələdiyyə şurasının iclası zamanı rəsmən mer postuna təsdiq edilməsi planlaşdırılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər