Məşhur azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə aprel ayında baş tutması planlaşdırılan nüfuzlu "Glory" kəmər döyüşündə iştirakdan imtina etmək məcburiyyətində qalıb.
Moderator.az xəbər verir ki, bu məlumatı idmançının özü rəsmi sosial şəbəkə hesabında etdiyi paylaşımla pərəstişkarlarının diqqətinə çatdırıb.
Təcrübəli idmançının sözlərinə görə, o, hazırlıq məşqləri zamanı ayağından ciddi zədə alıb. Tibbi yoxlamalar nəticəsində ayaq əzələsinin yırtıldığı məlum olub və idmançının yaxın vaxtlarda cərrahi əməliyyat olunacağı gözlənilir.
Xatırladaq ki, Bəhram Rəcəbzadənin aprelin 25-də çempionluq titulu uğrunda Niderlanddan olan surinaməsilli Donavan Visse ilə həlledici qarşılaşmaya çıxacağı planlaşdırılırdı.