Tolikdən deputata sərt reaksiya: “Bu xalq sizi seçib, bəs niyə onları düşünmürsünüz?”  
Cəmiyyət
637
11:00, Bu gün

Tolikdən deputata sərt reaksiya: “Bu xalq sizi seçib, bəs niyə onları düşünmürsünüz?”  

Deputat Səyyad Aranın maaş və qazanc mövzusu ətrafında yaranan tənqidlərə sərt reaksiya verməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə əksər istifadəçilər deputatın səsləndirdiyi fikirləri tənqid edib.
 
Moderator.az Musavat.com-a istinadla bildirir ki, bir sıra tanınmışlar da məsələyə reaksiya verib. Prodüser Tarix Əliyev (Tolik) bununla bağlı deyib:
 
"Bu mandatı sizə verən də elə həmin insanlardır. Az maaşla yaşayanlar sizi seçib oraya göndərib. Bəs niyə onların vəziyyəti haqqında düşünülmür?
 
Millət vəkili olmaq sadəcə vəzifə deyil, məsuliyyətdir. Xalqın səsini daşımaqdır. Əgər bu hiss yoxdursa, orada oturmağın mənası nədir?
 
Bəli, məsuliyyət sizin üzərinizdədir. Sizin timsalınızda bu cür düşünən millət vəkilləridir. Ola bilər ki, 125 nəfərin hamısı belə düşünmür, amma cəmiyyət sizi görür və sizi məsul sayır.
 
Sizin maaşınız artırılanda biriniz belə çıxıb demir ki, “niyə artırırsınız, bu xalqın vəziyyəti nədir?” Küçələrdə insanlar 300-400 manatla dolanır, müəllimlər 600-700 manat maaş alır, zavod-fabrik işçiləri eyni vəziyyətdədir. Amma siz əlavə imtiyazlar, evlər istəyirsiniz".
 
Xatırladaq ki, deputat Səyyad Aran RTV-də yayımlanan “Qaranlıqda həqiqət” verilişində bildirib:
 
"Maaşıma görə məni niyə mühakimə edirsiniz? Mən günahkaram ki, kimsə 300-500 manat maaş alır? İnsan zəhmət çəkib oxuyar, ali təhsil alar, işlədiyi yerdə fərqlənər, yeni ideyalarla çıxış edər.
 
Kimsə bunu edə bilmirsə, onda susub oturmalıdır”.
 
Link kopyalandı!
Son xəbərlər