Şahdağa qar yağır - FAKTİKİ HAVA
Cəmiyyət
239
10:29, Bu gün

Şahdağa qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Şahdağa isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm-dir.
 
Düşən yağıntının miqdarı Astarada 13, Lerikdə 9, Cəbrayıl, Şahbuzda 7, Yardımlı, Lənkəran, Beyləqanda 6, Daşkəsən, Ağdam, Biləsuvar, Ordubadda 4, Tərtərdə 3, Goranboy, İmişli, Göygöl, Bərdə, Gədəbəy, Naftalan, Culfa, Naxçıvan, Şərurda 2, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Şamaxı, Xızı, Quba, Qusar, Zərdab, Neftçala, Şabran, Mingəçevir, Yevlax, Kürdəmir, Sabirabad, Salyan, Sədərək, Gəncə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Hacıqabul, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.
 
Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 21 m/s-dir.
 
Bakıda və Abşeron yarımadası, Daşkəsən, Göygöl, Quba, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
 
Link kopyalandı!
Son xəbərlər