Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
Cəmiyyət
273
00:41, Bu gün

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO

Yaxın Şərqdəki münaqişənin ilk təsiri artıq avtomobil daşımalarında hiss olunur. Xüsusilə Körfəz istiqaməti ilə ölkəmizə gətirilməli olan maşınlarda və ehtiyat hissələrində gecikmə riski artıb. Bu isə o deməkdir ki, Dubay üzərindən sifariş edilən avtomobillər əvvəlki müddətdə deyil, daha gec təhvil verilə bilər.

Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi hallarda eyni problem Cənubi Koreyadan gələn, amma marşrutu Körfəz xətti ilə qurulan avtomobillərdə də yaşana bilər.

Ekspert Eldəniz Cəfərov deyir ki, hazırda söhbət daha çox vaxt itkisi və yol xərclərinin artmasından gedir. Yəni avtomobil bazarında problem ilk mərhələdə maşının gec gəlməsi, sonrakı mərhələdə isə maya dəyərinin yüksəlməsi ilə özünü göstərə bilər. Ən çox risk isə ikinci əl SUV və yolsuzluq avtomobilləri seqmentində görünür. Çünki bu tip maşınların bir hissəsi məhz Dubay və Körfəz üzərindən ölkəyə gətirilir.

Başqa sözlə, hazırda alıcı üçün əsas risk avtomobilin gec təhvil verilməsidir. Proses uzanarsa, bu gecikmə sonradan qiymət artımına da çevrilə bilər.

 

Link kopyalandı!
Son xəbərlər