Ombudsman DTX-nin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına baş çəkib - FOTO
Cəmiyyət
257
18:50, Bu gün

Ombudsman DTX-nin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına baş çəkib - FOTO

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına başçəkmə həyata keçirib.

Moderator.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Qeyd edilib ki, başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti - qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti, görüş, telefon danışığı ilə bağlı hüquqların təmini vəziyyəti və rəftar məsələləri araşdırılıb. Həmçinin yenidən təşkil edilmiş görüş otaqlarına və kameralara baxış keçirilib.

Rəftar məsələlərinin araşdırılması məqsədilə bir qrup təqsirləndirilən şəxs, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən şəxslər fərdi qaydada qəbul edilib.

Qəbul edilmiş şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, müvəkkilin səlahiyyətləri, Ombudsmanın "916" Çağrı Mərkəzinə müraciət qaydası izah olunub.

Yekunda Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.

 

 

Link kopyalandı!
Son xəbərlər