Polkovnik Cəlil Xəlilov Şabranda şəhid Elvin İsgəndərovun ailəsini ziyarət edb
Cəmiyyət
1337
24 Mar 2026 | 11:54

Polkovnik Cəlil Xəlilov Şabranda şəhid Elvin İsgəndərovun ailəsini ziyarət edb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 20 mart 2026-cı il tarixində Şabranda şəhid baş gizir Elvin İsgəndərovun ailəsini ziyarət edib.

Şəhid ailəsini bayram münasibətilə təbrik edən polkovnik Cəlil Xəlilov, erməni faşizmi üzərindəki tarixi qələbənin əldə edilməsində şəhidlərimizin həlledici roluna toxunub, onların qəhrəmanlığının illər, əsrlər sonra da hər bir azərbaycanlı üçün ilham mənbəyi olacağını vurğulayıb.

Şəhidin qardaşı Elçin İsgəndərov gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edib, şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, o cümlədən, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Ziyarət əsnasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına şəhid ailəsinə maddi dəstək göstərilib, şəhid övladlarına hədiyyələr təqdim olunub.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər