İran – İsrail- ABŞ arasında müharibə başlayandan Azərbaycan ictimaiyyəti sosial şəbəkə üzərindən sanki iki hissəyə bölünüb və müharibə tərəflərinə “tərəfkeşlik” edirlər. Ən kədərlisi də odur ki, müzakirələr müstəvisini dəyişir, “tərəfkeşlər” “”mollabaşlara satılmış”, “sionistlərin xidmətçisi” və digər sözlərlə bir-birini ittiham edir, günahkar çıxartmağa çalışırlar.
Hər bir ictimai xadimin və ya siyasi simanın əleyhdarları və tərəfdarları hər zaman var olduğu üçün bəzi qüvvələr belə qarışıq zamanları fürsət bilir. Hədəfindəki şəxsə ləkə atmaqdan çəkinmir. Məsələn, Azad Vətən Partiyasının sədri Akif Nağı da bu qarışıq zamanda fürsətçillərin hədəfinə düşdü. 2013-cü ilin iyul ayında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının rəhbərlik etdiyi heyətin İran səfəri və orada çəkilən fotolarla Akif Nağıya hücuma keçildi. “İranpərəslik”də ittiham edilən partiya sədrini əsassız tənqidlərlə gözdən salmağa çalışdılar. . Baxmayaraq ki, həmin səfərdə məqsəd İran kimi bir qonşu müsəlman dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək olmasına çalışmaq idi, amma bədniyyətlər bu fotolardan, həyatını, gəncliyini, karyerasını, rahatlığını Qarabağın azadlığına qurban vermis biri üçün “qaralama kampaniyasına” bir “fakt” kimi istifadə etdilər..
Əslində illər əvvəl A.Nağının İrana bir deyil, bir neçə dəfə səfər etdiyini Azərbaycan mediası diqqətlə izləyib və bu haqda demək olar ki, bütün media orqanları materiallar dərc edib. Aradan 13 il keçdikdən sonra Ermənistanın işğal siyasətinə dolayısı ilə haqq qazandıran bir ölkəyə getməsi bilməyənlər üçün bəzi suallar doğura bilər . “Akif Nağı niyə İrana səfər etdi və Azərbaycana qarşı tənqid, təhdiq mövqeyində olan nüfuzlu iranlılarla niyə görüşdü?” deyə soruşursunuzsa, onda bu məqaləni diqqətlə oxuyun.
Akif Nağı ilk öncə niyə məhz Ermənistanı dəstəkləyən İranı seçdi?
İlk öncə qeyd edək ki, İrandan əvvəl Türkiyə, Rusiya, Gürcüstan və Avropanın bir sıra ölkələrində başda Akif Nağı olmaqla QAT-ın, Qarabağla bağlı təbliğat işləri QAT tərəfindən mütamadi olaraq aparılırdı. Bir müsəlman dövləti olaraq, İranda da Qarabağla bağlı təbliğat və təşviqat işlərinin aparılması artıq günün tələbinə çevrilmişdi. Niyə?
Bu sualı da verirsinizsə, həmin dövrdə Azərbaycanın qəsdən salınmış olduğu durumunu araşdırmaq lazımdır.
Çoxu bəlkə də unudub, amma 2012-ci il yaddaşımızda İranın Azərbaycana qarşı ən qərəzli il olması ilə qalıb. İranın Azərbaycana qarşı qərəzi məhz həmin il gizli-qapalı təbliğatdan açıq müstəviyə keçdi.
Həmin vaxt bütün dünyada təklənmiş Azərbaycan tanınmaq üçün , gerçəkliklərin təbliğatı üçün yollar axtardığı bir zaman idi. Xocalı harayı, Qarabağ çağırışının eşidilmədiyi çox çətin bir dönəmlərdi. Üstəlik BMT kimi nüfuzlu bir təşkilatın Qarabağın işğalı ilə -işğalçıların ərazilərimizdən çıxması ilə bağlı qəbul etdiyi qətnamələr adi bir kağız parçasından seçilmirdi. Bu azmış kimi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini dəstəkləyən hegemon və hegemon olmayan bir çox dövlətlər vardı ki, ac qurd kimi Qarabağda şirkətlər açmış , torpağımızın sərvətlərini talamaqla məşgul idi. Faktlara diqqət edək:“Lincy” (ABŞ), “First Dynasty Mines”, “Sterlite Gold Ltd”, “Grand Tobacco” (Kanada), “Akopian”, “Vartanian”, “Framation”, “Mak-Mak Adams”, “Pemod Richard” (Fransa), “Siemens”, “Schnieder” (Almaniya), “Simon Petrolium Technology” (Böyük Britaniya), “Zvezda” (Rusiya), “Patrex” (Portuqaliya), “Franck Muller”, “Andre Group”, “Alpoto” (İsveçrə), “Australia Nairi Ltd”, “Tida Joint Venture” (Avstraliya), “FKX” (Argentina), “Karabagh Telecom”, “Shusha” (Livan), “Thomson” (Niderland), “İntracom” (Yunanıstan) “Mc and Co” (Kipr), “Gideon Richter), (Macarıstan), “Cochrane Pond” (Kanada), “Santa Candelaria” (Çili) və s. Ən pisi də o idi ki, bu dövlətlərin içərisində dini bir qonşumuz İran da vardı.Qarabağda İrana məxsus irili-xırdalı yüzdən çox şirkət fəaliyyət göstərir, terrorçu , işğaçı ermənilərin rifah halının yaxşılaşdırılmasına yardımçı olurduar.
Ümumilikdə, işğal illərində Qarabağa 37 841 800$ investisya qoyuldu, bu isə işğal altında olan bölgədə 1725 daimi iş yerinin yaranmasına səbəb oldu, həmin iş yerlərinə isə Ermənistan Livan, Suriya, Beyrut və digər ölkələrdən erməniləri yığıb gətirirdi. Beynəlxalq təşkilatlar, hegemon dövlətlər isə nə Azərbaycanın şikayətinə baxırdılar, nə ən adi bir problemini həll edirdilər.
Ardı var...
Əntiqə Rəşid,
Araşdırmaçı jurnalist