19 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xaçmazda şəhid Qafarov Fuad Fərhad oğlunun ailəsini ziyarət edib, şəhid ailəsini bayram münasibətilə təbrik edib.
Görüş əsnasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun erməni faşizminə qarşı apardığı şanlı mübarizəyə toxunan Cəlil Xəlilov, məhz şəhidlərimizin və veteranlarımızın qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirib.
Bütün şəhidlər kimi Fuad Qafarovun da öz həyatını vətənin, xalqın təhlükəsizliyi, respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına fəda etdiyini bildirən təşkilat sədri, onların xatirəsinin heç zaman unudulmayacağını, daim ehtiramla yad ediləcəyini vurğulayıb.

Şəhidin atası Fərhad Qafarov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib, Xaçmaz Rayon İcra Hakimiyyətinin də daim onlarla maraqlandığını, problemlərinin həllinə dəstək verdiyini bildirib.
Şəhidin həyat yoldaşı Gülnarə Qafarova gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edib.
Polkovnik Cəlil Xəlilov şəhid övladlarına hədiyyələr təqdim edib, şəhid ailəsinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına maddi yardım göstərilib.
Qeyd edək ki, 2017-ci il fevralın 11-də Talış kənd uğrunda gedən döyülərdə həlak olan şəhid Fuad Qafarovun iki azyaşlı övladı var. Hazırda 3-cü sinifdə təhsil alan Gülay Qafarova şəhid Fuad Qafarovun əbədiyyətə qovuşmasından sonra anadan olub.
Seymur ƏLİYEV






