AAYDA: Sürüşmə Muğanlı–İsmayıllı yolunun hərəkət hissəsinə ziyan vurmayıb
Cəmiyyət
195
15:45, Bu gün

AAYDA: Sürüşmə Muğanlı–İsmayıllı yolunun hərəkət hissəsinə ziyan vurmayıb

Muğanlı–İsmayıllı avtomobil yolunun mühafizə (təhlükəsizlik) zolağında baş vermiş torpaq sürüşməsi yolun hərəkət hissəsinə ziyan vurmayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
 
Məlumata görə, aparılmış ilkin vizual və texniki baxış zamanı müəyyən edilib ki, sürüşmə nəticəsində yolun əsas konstruktiv elementlərinə və örtük qatına ziyan dəyməyib, həmçinin yolun daşıyıcı qabiliyyətində və istismar göstəricilərində hər hansı mənfi dəyişiklik qeydə alınmayıb.
 
Mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara operativ tapşırıqlar verilib. Sürüşmənin səbəblərinin aradan qaldırılması və potensial risklərin minimuma endirilməsi istiqamətində zəruri mühəndis-texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
 
Qısa müddət ərzində ərazidə bərpa və möhkəmləndirmə işləri başa çatdırılacaq.
 
Link kopyalandı!
Son xəbərlər