Cəmiyyət
190
14:57, Bu gün

"Azəriqaz” bayram günlərində xidmətini davam etdirəcək

"Azəriqaz" İB-nin Müştəri xidmətləri şöbəsinin əməkdaşları 20.03.2026 - 29.03.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Xidmət Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt RQİİ-lərin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində təşkil olunacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. 
 
Qeyd olunur ki, Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.
 
20.03.2026 - 29.03.2026-cı il tarixlərində “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür. 30.03.2026-cı il tarixindən isə mərkəzlərdə vətəndaşlara xidmət göstəriləcək.
 
Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104 Çağrı Mərkəzinə məlumat versinlər.
 
Link kopyalandı!
Son xəbərlər