Səhiyyə Nazirliyi yoluxucu xəstəliklərlə bağlı əhaliyə müraciət etdi
Cəmiyyət
341
10:26, Bu gün

Səhiyyə Nazirliyi yoluxucu xəstəliklərlə bağlı əhaliyə müraciət etdi

"Yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin, eləcə də mövsümi qrip hallarının artması müşahidə oluna bilər".
 
Moderator.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, bu il Novruz və Ramazan bayramlarının eyni dövrə təsadüf etməsi səbəbindən qarşıdakı həftələrdə bayram şənliklərinin və müxtəlif kütləvi tədbirlərin keçirilməsi gözlənilir.
 
"Ölkə əhalisinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində vətəndaşlara kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyi, əl gigiyenasına riayət etməyi, qida qəbuluna diqqət yetirməyi və gündəlik qidalanma rejiminə vitaminlərlə zəngin məhsullar daxil etməyi tövsiyə edir.
 
Eyni zamanda yaz mövsümündə havaların dəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin hava şəraitinə uyğun seçilməsi məsləhət görülür", - məlumatda bildirilib.
 
 
Link kopyalandı!
Son xəbərlər