Ayağımız altındakı “gizli” qatillər – YOLUN harasındayıq?
Cəmiyyət
207
08:09, Bu gün

Ayağımız altındakı “gizli” qatillər – YOLUN harasındayıq?

10 mart 2026-cı il tarixindən 15 mart 2026-cı il tarixinədək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan mina təmizləmə əməliyyatları barədə məlumat açıqlanıb. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) məlumatına görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eləcə də Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərində 129 piyada əleyhinə mina, 194 tank əleyhinə mina və 743 partlamamış hərbi sursat (PHS) aşkar edilib. 1234,5 hektar ərazi mina və PHS-dən təmizlənib.

Bəs indiyədək nə qədər ərazimiz “gizli qatillərdən” azad edilib, nə qədəri qalır? Daha neçə il və nə qədər vəsait lazım olacaq? Ümumiyyətlə, yolun harasındayıq?

   Medianın üz qaraldan “sarı”lığı    | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Moderator.az xəbər verir ki, Azərbaycan hərbi polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov musavat.com-a bildirdi ki, işğaldan azad edilmiş ərazilərimizin “gizli qatillər”dən tam təmizlənməsi üçün bizə illər lazımdır:

“İndiyə qədər 256 204 hektar ərazi minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənib. 41 056 ədəd piyada əleyhinə mina, 23 106 ədəd tank əleyhinə mina və 177 308 ədəd partlamamış hərbi sursat olmaqla, ümumilikdə 241 470 ədəd mina və digər partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilib.

Günlər öncə Minatəmizləmə Agentliyi bu məlumatı yaymışdı. Azad etdiyimiz ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün minatəmizləmə agentliklərindən başqa Ordumuz tərəfindən də bu istiqamətdə ciddi işlər görülür. Mühəndis istehkam bölmələri də ciddi səylə bu iş üzərində çalışırlar. Düşmən tərəfinin basdırdığı minalar 100 minlərlə ölçülür və bununla yanaşı, bir çox ərazilər müharibə gedişatında bir çox PHS sursatlarla çirklənib. Düşmən əsasən insanın ağlına gəlməyən yerlərdə minalar basdırıb.

Məsələn, qəbiristanlıqları misal çəkmək olar. Ərazilərimizin mina və PHS-lardan təmizlənməsi üçün minaaxtaranlardan başqa həm müasir texnikalardan, həm də xüsusi təlim görmüş itlərdən istifadə edilir. Dərələrin, yataqların, dağların və təpələrin mina və PHS-lardan təmizlənməsi çox vaxt aparan bir məsələdir. Qarabağ və onun ətraf rayonlarının çoxu isə, dağ və təpələrdən ibarətdir. Hal-hazırda görülən əsas işlər düz ərazilərdə aparılır. Dövlət başçımız cənab İlham Əliyevin diqqəti sayəsində şəhər, rayon və kəndlərin tikintisi üçün yenidənqurma işlərinin və kənd təsərrüfatı üçün əkin sahələrinin mina və PHS-lardan təmizlənməsi işləri sürətlə davam etdirilir”.

Link kopyalandı!
Son xəbərlər