Prezidentlə Xanobanın balaca sakininin səmimi söhbəti:
Cəmiyyət
427
17:14, Bu gün

Prezidentlə Xanobanın balaca sakininin səmimi söhbəti: "Sənin maşınından istəyirəm" - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
 
Sonra dövlətimizin başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində olublar.
 
Evdən ayrılarkən Qasımovların övladı Prezidentlə xanımın əlindən tutaraq avtomobilə əyləşib.
 
Mehriban xanım ondan nə istədiyini soruşanda oğlan əvvəlcə "KamAZ" markalı maşın istədiyini deyib. Sonra isə fikrini dəyişərək üzünü Prezidentə tutub: "Yox, mən sənin maşınından istəyirəm".
 
Bu mükalimə sakinləri güldürüb.
 
Görüntüləri təqdim edirik:
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by moderator.az (@moderator_az)

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər